Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Hazırda oxunan: Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO
629143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz daşıyan Türkiyəyə məxsus "Ro-ro" tipli gəmiyə təşkil edilən dron hücumunda 4 heyət üzvü yaralanıb. Qara dənizdə Türkiyəyə məxsus gəmiyə dron hücumu reallaşdırılıb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz aparan "NADHEZNA" adlı "Ro-ro" gəmisinə edilən dron hücumundan sonra yanğın baş verib.
 

Hücum nəticəsində 3-ü türk olmaqla ümumilikdə 4 heyət üzvü yaralanıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə getmək üçün yola çıxdığı və Türkiyə vaxtı ilə saat 16:30 radələrində vurulduğu bildirilib.


Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən törədildiyini iddia edərək, əməliyyatda 6-7 ədəd dronun istifadə olunduğunu ifadə edib. Şahin kömək gözlədiklərini, hamının sağ olduğunu, yaralıların tapıldığını qeyd edib.

Hücumdan sonra başlayan yanğına gəmidəki heyət müdaxilə etdiyi halda, bölgədəki intensiv dron aktivliyi səbəbindən Rusiya Hərbi Dəniz Donanmasının yardım üçün gəmiyə yaxınlaşmaqda çətinlik çəkdiyi bildirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO