Paşinyan istefa verdi - VİDEO

Paşinyan istefa verdi - VİDEO

Hazırda oxunan: Paşinyan istefa verdi - VİDEO

628838

Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, yeni seçilmiş Milli Assambleyanın ilk iclası günü hökumət istefa verməlidir. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan daha əvvəl məlumat vermişdi.

Bizim.Media xəbər verir ki, Paşinyan yayımladığı videoda hökumətin istefası ilə bağlı ərizəni imzalayıb.

Sənəd Ermənistan prezidentinə təqdim olunub.

Baş nazir qeyd edib ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edirlər. Yeni seçilmiş Milli Assambleyanın səlahiyyət müddəti başladıqdan sonra Ermənistan prezidenti parlament çoxluğunun namizədi olan şəxsi dərhal baş nazir təyin edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO