Rusiya Ukraynadakı nüvə yanacağı anbarına PUA ilə zərbə endirdi

Rusiya Ukraynadakı nüvə yanacağı anbarına PUA ilə zərbə endirdi

Hazırda oxunan: Rusiya Ukraynadakı nüvə yanacağı anbarına PUA ilə zərbə endirdi
617713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın "Enerqoatom" dövlət şirkəti Rusiyanı pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mərkəzləşdirilmiş xüsusi nüvə yanacağı anbarına hücum etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumata görə, zərbə gecə saat 02:10 radələrində qeydə alınıb.
 

Hücum nəticəsində obyektin ərazisində yerləşən və konteynerlərin qəbulu üçün nəzərdə tutulan köməkçi bina qismən dağılıb və orada 40 kvadratmetrlik sahədə yanğın baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə tamamilə söndürüblər.


"Enerqoatom" bəyan edib ki, sözügedən binada bilavasitə istifadə olunmuş nüvə yanacağı saxlanılmadığı üçün hər hansı radiasiya təhlükəsi yaranmayıb. Müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Hazırda obyektin ərazisində radiasiya fonunun tamamilə norma daxilində (təbii həddə) olduğu və vəziyyətin daimi nəzarətdə saxlanıldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO