Ermənistan Zəngəzur dəhlizinin icrası üçün yeni investorlar axtarır - Eurasia View

Ermənistan Zəngəzur dəhlizinin icrası üçün yeni investorlar axtarır - Eurasia View

Hazırda oxunan: Ermənistan Zəngəzur dəhlizinin icrası üçün yeni investorlar axtarır - Eurasia View

607070

Ermənistan TRIPP layihəsinə (Zəngəzur dəhlizi – red.) əlavə beynəlxalq investorlar cəlb etməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə Eurasia View nəşri yazıb.

Məlumata görə, İrəvan TRIPP layihəsində iştirakın genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirib.

Ermənistan hakimiyyəti bu nəqliyyat dəhlizini ölkənin gələcək iqtisadi infrastrukturunun əsas elementlərindən biri kimi qiymətləndirir.

Nəşr bildirir ki, ABŞ ilə ikitərəfli razılaşma öz qüvvəsində qalır, lakin layihənin iştirakçı tərkibinin daha geniş olması vacib sayılır.
 

TRIPP layihəsi Sünik vilayəti (Zəngəzur) ərazisindən keçən 42 kilometrlik marşrutun yaradılmasını nəzərdə tutur. Həmin marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və Mərkəzi Asiya ilə Avropa arasında uzanan daha geniş Orta Dəhliz logistika sisteminin bir hissəsinə çevriləcək.


Eurasia View-un məlumatına görə, Ermənistan layihəyə Yaxın Şərq ölkələrinin və Qazaxıstanın cəlb olunması imkanlarını nəzərdən keçirir.

Xüsusilə Astananın nəqliyyat və infrastruktur əlaqələrinin inkişafında iştirakı, eləcə də Ermənistanın tranzit marşrutlarından ticarət zəncirində istifadə məsələsi müzakirə olunur.

Məqalədə ayrıca vurğulanır ki, ABŞ regional böhranlara, o cümlədən İran ətrafındakı vəziyyətə baxmayaraq, layihənin həyata keçirilməsində maraqlı olduğunu və onu prioritet saydığını təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO