Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Hazırda oxunan: Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR
644005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Omsk şəhərində 20 yaşlı tələbənin amansızlıqla qətlə yetirilməsində ittiham olunan 6 nəfərdən ikisinin cinsini dəyişdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi regionun istintaq orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, sözügedən iki şəxs pasportda cinslərini qadın olaraq dəyişdirib və müntəzəm olaraq hormon dərmanları qəbul ediblər.

Daha əvvəl istintaq tərəfindən cinayətdə təqsirləndirilən 20-25 yaş aralığında olan 6 nəfər haqqında məhkəmə-psixiologiya ekspertizasının təyin edildiyi bildirilmişdi.

Dəhşətli qətlin təfərrüatlarına gəlincə...

İyunun 20-də üç gənc oğlan və üç qız dəyərli bir əşyanı təhvil vermək bəhanəsi ilə tələbə tanışlarını tərk edilmiş tikiliyə aldadaraq gətiriblər. Orada zərərçəkənin əl-ayağını bağlayan cinayətkarlar onu kimsəsiz bir sahəyə apararaq çoxsaylı bıçaq zərbələri endiriblər. Gənc aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO