Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Hazırda oxunan: Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?
643839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belə bir deyim var: “Ümid sonda ölər”. Bu deyimlə bəlkə də illərdir həyata ikiəlli yapışıb ayaqda qalanlar var. Hətta fiziki olaraq təbiətən də insan belə yaranıb, ən ağır xəstəlikdə, məhrumiyyətdə, dar zamanda tunelin ucunda işıq görəcəyinə ümid edir. Amma görünən odur ki, bu inandığımız düşüncə özü artıq ölmək üzrədir. Çünki Z nəsli ümidi böyüməyə qoymadan beşiyindəcə boğanlardandır.

Günümüzdə təhsil almaq, informasiya toplamaq, səyahət etmək və fərdi seçim azadlığı genişləndiyi halda, bəzi gənclər arasında gələcəyə inamsızlıq, ani zövqlərə üstünlük vermək və pul yığmağı mənasız hesab etmək kimi davranışlar diqqət çəkir. Psixologiyada bu meyli Doom spending, yəni gələcəyə ümidsizlik içində kor-koranə pul xərcləmə adlandırılır.

Bəs bugünkü gənclər üçün imkanların mövcud olduğu bir dövrdə sabaha inamınıni niyə itirirlər? Bu, həqiqətən, dözümlülüyün azalmasıdır, yoxsa dəyişən həyat tərzinin, sosial müqayisənin nəticəsidir?

Mövzunu açmaqla əslində nəsilləri bir-birinə qarşı qoymaq fikrindən uzağıq. Təbii ki, dövrdən dövrə fərq var, düşüncələr, tələbatlar dəyişir. Amma ümid bəşəriyyəti hər dövrdə daban-dabana izləyən, bəlkə də ilahi bir qoruyucudur. Babək demiş, “Yalnız ümid... Odur məni döyüşdən döyüşə, qələbədən qələbəyə aparan”.

Amma Babəkin xələfləri döyüşmədən, qələbəni qazanmadan bu günə niyə təslim olsunlar?

Psixologiya məsələni belə izah edir ki, bu davranış xüsusilə gələcəyindən narahat olan, iqtisadi çətinliklər, yüksək yaşayış xərcləri və sosial müqayisə ilə üzləşən gənclərdə müşahidə olunur. Lakin bu, bütün gənclərə aid deyil və hər impulsiv alış-veriş də ümidsizlikdən qaynaqlanmır.

Sadə dillə desək, gənclər belə düşünür: “Onsuz da gələcəyin necə olacağı bəlli deyil. Pul yığmağın nə mənası var? Heç olmasa indi özümü xoşbəxt edim.” Nəticədə 600-700 manat aylıq gəliri olan gənc, ən son model telefonu hər vəchlə əldə etmək istəyir, ən bahalı kofeşopda əyləşmək, konsert salonunda VİP-də əylənmək, kredit və ya taksitlə də olsa brend geyinmək və s. ilə həm özünə təsəlli verir, həm də natamamlıq kompleksini tamamlayır.

Bu vərdiş niyə təhlükəlidir?

Bir insana “pulunu elə yox, belə xərclə” demək əslində insanların seçim imkanına müdaxilə etməkdir. Amma nəzərə alsaq ki, bu getdikcə kütləvi hal alır. Hətta normal gəlirli gənc də sabah hər hansı ciddi xəstəliklə üzləşsə, təcili pula ehtiyacı olsa üstünü silkələsən qəpik də düşməyəcək, o zaman müdaxilə edilməsə də ən azından qınamaq lazım gəlir.   

İmkanlar artır, ümidlər azalır

Depressiv dövrdə alış-veriş insanın əhvalını müvəqqəti yaxşılaşdıra bilər. Qısamüddətli rahatlıq isə uzunmüddətli problemə yol açacaq: yığımlar azalır, borclar artır, vacib ehtiyacları qarşılamaq çətinləşir. Bunun ən böyük səbəblərindən biri müqayisəli həyatdır: gənc telefonunu açan kimi başqasının yeni avtomobilini, xaricdə tətilini, bahalı geyimini görür. O, öz həyatını bu parlaq həyatla müqayisə edir. Bu həyata heç gələcəkdə də çata bilnəyəcəyini düşünüb  bu gün əldə edə bildiyi kiçik zövqlərə üstünlük verir.

Burada ən vacib məqam odur ki, özünə pul xərcləmək pis vərdiş deyil. Problem insanın gələcəyinə ümidini itirdiyi üçün pul xərcləməyi yeganə təsəlli vasitəsinə çevirməkdədir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO