Dövlət Baxçalı: “Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır” - FOTO

Dövlət Baxçalı: “Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır” - FOTO

Hazırda oxunan: Dövlət Baxçalı: “Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır” - FOTO
643914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin sosial şəbəkə hesabında görüşün təfərrüatları barədə məlumat verilib.

Bildirilib ki, görüş zamanı səfir Prezident İlham Əliyevin səmimi salamlarını Dövlət Baxçalıya çatdırıb. O, Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və göstərdiyi dəstəyə görə MHP sədrinə təşəkkür edib.

Rəşad Aslan türk dünyasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində Baxçalının səylərinin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.

Dövlət Baxçalı isə Prezident İlham Əliyevin diqqətinə və təşəkkürünə görə minnətdarlığını bildirib, ona səmimi salamlarının çatdırılmasını xahiş edib və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

O, Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Baxçalı ölkələrimiz arasındakı münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafını davam etdirəcəyinə əminliyini ifadə edib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO