Çağırışçılarla bağlı xəbərdarlıq: 800 manat cərimə...

Çağırışçılarla bağlı xəbərdarlıq: 800 manat cərimə...

Hazırda oxunan: Çağırışçılarla bağlı xəbərdarlıq: 800 manat cərimə...
643956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlkin hərbi qeydiyyata üzrsüz səbəbdən gəlməyən vətəndaşlar, eləcə də çağırışçıları hərbi xidmətə çağırış barədə vaxtında məlumatlandırmayan qurumlar cərimələnə bilər.

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın fərdi çağırış vərəqəsində göstərilən müddətdə üzrlü səbəb olmadan müvafiq dövlət orqanına gəlməməsinə görə 100 manat cərimə nəzərdə tutulur.

 

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar onların müvafiq dövlət orqanına çağırılması barədə məlumat vermədikdə və ya çağırış məntəqəsinə, yaxud toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda da məsuliyyət daşıyırlar.


Belə hallarda vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO