Bakıda kütləvi dava qətllə nəticələndi, yaralanan da var - VİDEO

Bakıda kütləvi dava qətllə nəticələndi, yaralanan da var - VİDEO

Hazırda oxunan: Bakıda kütləvi dava qətllə nəticələndi, yaralanan da var - VİDEO
643926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 33 yaşlı şəxsi qətlə yetirib, qardaşını yaralayıblar.

Bizim.Media xəbər verir ki, ağır cinayət ötən gecə paytaxtın Qardağ rayonu, Qobustan qəsəbəsində baş verib. 

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, qəsəbədə üç nəfər bıçaqlanıb. Hadisə zamanı 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.

Qətlə yetirilən Rahibin əmisi Qalib Cəfərov deyir ki, davanın nə üstündə olduğu bilinmir.
Hadisə şahidlərindən öyrəndik ki, əslində Vüqar Şirinzadə ilə Elmin Əmirov ilk olaraq mübahisə ediblər. Sonradan isə mübahisə kütləvi davaya çevirilib.

Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Faktla bağlı Qaradağ Rayon Prorkurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO