
- A-
- A
- A+
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” – VİDEO
"TikTok"da gördüyü elan vasitəsilə işə düzəlmək istəyən şəxs aldadılıb.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ayıq sürücü işləmək istəyən Mərdəkan sakini Eldar Əliyev elan sahibləri tərəfindən aldadıldığını iddia edir.
Şikayətçinin sözlərinə görə, müraciət etdiyi "Nightdriver" ayıq sürücü şirkəti tərəfindən vəd edilib ki, onu vatsap qrupuna əlavə edəcəklər və ordan sifariş alacaq. Bunun üçün ondan 60 manat alınıb. Amma sonra nə telefon zənglərimə cavab verən olub, nə də sifariş verən.
"Mən isə pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı sözügedən "Nightdriver" ayıq sürücü şirkətindən sorğumuza cavab olaraq bildirildi ki, xidmətin rəhbəri Orxan Hüseynzadənin ailəsində qəfil itki yaşandığı üçün sifarişlər dayandırılıb. Eldar Əliyevə də bu barədə məlumat verilib. Oktyabrın 25-dən etibarən xidmət yenidən aktivləşdiriləcək.
Daha ətraflı videomaterialda:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































