
- A-
- A
- A+
Çexiyada etirazçılar parlament binasına hücum etdi – ANBAAN VİDEO
Çexiyanın paytaxtı Praqada kütləvi etiraz aksiyaları başlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə fəal parlamentin aşağı palatasının yerləşdiyi sarayın qarşısındakı Malostranska meydanına toplaşıb.
Aksiya iştirakçıları Çexiya Televiziyası və Radiosunun maliyyələşdirilməsinin vətəndaşlardan toplanan rüsumlardan dövlət büdcəsinə keçirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edirlər.
Nümayişçilərin fikrincə, bu addım media qurumlarının müstəqilliyini tamamilə itirməsinə gətirib çıxaracaq.
Mitinq zamanı bir neçə onlarla şəxs binanın daxilinə sızmağa çalışıb. Ərazidəki təhlükəsizlik qüvvələri gərginliyi tez bir zamanda aradan qaldırmağa müvəffəq olub, saxlanılanların olmadığı bildirilir.
Çexiyanın Baş naziri Andrey Babiş məsələyə münasibət bildirərək müxalifəti vəziyyəti gərginləşdirməkdən çəkinməyə və gərginliyi körükləməməyə çağırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































