“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

“AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?

Hazırda oxunan: “AccessBank”ın SONU GÖRÜNDÜ – Müştəriləri nə gözləyir?
643862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizdə kifayət qədər populyar olan “AccessBank” fəaliyyətini başa vurur. Daha doğrusu bu bank “Bank Respublika” ilə birləşir. Artıq tərəflər arasında razılaşma əldə olunub və müvafiq sənədlər imzalanıb.

Razılaşmaya əsasən, “Bank Respublika” tərəfindən “AccessBank”-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində “AccessBank”-ın mövcud səhmdarları “Bank Respublika”-nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək “Bank Respublika”nın səhmdarlarına çevriləcəklər.
 

Səhmlərin satın alınması başa çatdıqdan sonra “Bank Respublika” və “AccessBank” ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.


Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.

Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Bəs birləşmədən sonra “AccessBank” müştərilərini nə gözləyir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bundan sonra “AccessBank” adlı bir bank artıq olmayacaq:

“onun bütün əmlakı, aktivləri, öhdəlikləri və kreditlərinin hamısı “Bank Respublika”ya keçəcək. Yəni bu bankın bütün müştəriləri “Bank Respublika”nın müştəriləri olacaq. Əslində müştərilər üçün elə bir problem yaşanmayacaq. Birləşmə prosesi könüllü və ağrısız keçəcək. Amma bütün hallarda daha bir bankın bazardan çıxması müsbət hadisə deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO