Çinə ən çox borcu olan ölkələrin SİYAHISI

Çinə ən çox borcu olan ölkələrin SİYAHISI

Hazırda oxunan: Çinə ən çox borcu olan ölkələrin SİYAHISI
643999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinli kreditorlar qarşısında ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb. Reytinqə Pakistan başçılıq edir. İlk sıralarda əsasən Asiya və Afrika ölkələri yer alır.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının Beynəlxalq Borc Statistikası (International Debt Statistics) çərçivəsində yayımlanan hesabatda bildirilir.

Məlumata görə, Pakistanın Çinli kreditorlar qarşısında uzunmüddətli dövlət borcu və dövlət zəmanəti ilə təmin edilmiş borcunun ümumi həcmi 22,38 milyard dollardır. İkinci yerdə qərarlaşan Anqolanın borcu isə 14,4 milyard dollar təşkil edir.

İlk beşlikdə, həmçinin 8,7 milyard dollar borcla Şri-Lanka, 7,4 milyard dollarla Efiopiya və 6,6 milyard dollarla Banqladeş yer alıb.

Çinə ən çox borcu olan ölkələrin siyahısı:

Pakistan – 22,38 milyard dollar

Anqola – 14,4 milyard dollar

Şri-Lanka – 8,7 milyard dollar

Efiopiya – 7,4 milyard dollar

Banqladeş – 6,6 milyard dollar

Misir – 5,9 milyard dollar

Keniya – 5,4 milyard dollar

Zambiya – 5,3 milyard dollar

Nigeriya – 5,3 milyard dollar

Laos – 5,3 milyard dollar

Siyahının növbəti pillələrində Argentina (5,2 milyard dollar), Fil Dişi Sahili və Kamboca (hər biri 4,1 milyard dollar), Özbəkistan (3,9 milyard dollar), Konqo Demokratik Respublikası (3,5 milyard dollar), Cənubi Afrika Respublikası və Kamerun (hər biri 3,3 milyard dollar), Serbiya (3,2 milyard dollar), Konqo (3 milyard dollar) və Belarus (2,8 milyard dollar) qərarlaşıb.

Çin kreditləri bir sıra inkişaf etməkdə olan ölkələrdə enerji, nəqliyyat və digər infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan yaratsa da, bu vəsaitlər qarşılığında yaranan borc öhdəlikləri həmin dövlətlərin maliyyə dayanıqlılığı baxımından mühüm amil olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO