Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)

Hazırda oxunan: Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
643942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nizami rayonunda iaşə obyektindən yayılan qoxu sakinlərin narazılığına səbəb olub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində, yerləşən "N1 Tantuni" adlı obyektdən gedir.

Sakinlər iddia edirlər ki, Qara Qarayev prospekti 34/67 ünvanında yerləşən   obyektdə yeməklərin hazırlanması zamanı yaranan kəskin qoxu mənzillərə dolur.

Sakinlər bildirirlər ki, xüsusilə qutab, peraşki və şaurma hazırlanarkən yaranan güclü yağ və qida qoxuları mənzillərə dolur və ciddi narahatlıq yaradır. Onların sözlərinə görə, obyektin havalandırma və aspirasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır.

Obyektin sahibi isə deyilənlərlə razlışamır.

Qeyd edək ki, obyektin tikintisinin və fəaliyyətinin müvafiq norma və tələblərə uyğunluğu, həmçinin havalandırma sisteminin mövcud olmaması nəzərə alınaraq, müvafiq qurumların müdaxiləsindən sonra sakinlərin şikayəti təmin edilib.

İaşə obyektinin fəaliyyəti dayandırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO