Çörəyi soyuducuya qoymaq düzgün deyilmiş - Mütəxəssisdən XƏBƏRDARLIQ

Çörəyi soyuducuya qoymaq düzgün deyilmiş - Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Çörəyi soyuducuya qoymaq düzgün deyilmiş - Mütəxəssisdən XƏBƏRDARLIQ
643918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir çox insan çörəyin daha uzun müddət təzə qalması üçün onu soyuducuda saxlayır. Lakin bu üsul məhsulun tez bayatlamasının qarşısını almır. Çörək və digər un məmulatlarının saxlanması üçün optimal temperatur +20–25 dərəcədir.

Bizim.Media xəbər verir ki, bu barədə ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı texnologiyaları kafedrasının müəllimi Valeri Burmatnov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Çörəyi soyuducuda saxlamaq olarmı?

Ekspertin sözlərinə görə, çörəyin soyuducuda saxlanmasının digər üsullarla müqayisədə üstünlüyü yoxdur və bu, onun daha uzun müddət təzə qalacağına zəmanət vermir. Çünki çörək ən sürətlə 0–10 dərəcə temperaturda bayatlayır.

Bununla belə, çox miqdarda çörəyi qorumaq lazım gəldikdə onu soyuducuya qoymaq olar. Yay aylarında isə çörək və digər un məmulatlarının soyuducuda saxlanması “kartof xəstəliyi”nin yayılmasının qarşısını almağa kömək edə bilər.
 

“Bu xəstəlik bakteriyaların təsiri nəticəsində çörəyin xarab olmasıdır. Proses xoşagəlməz qoxu, məhsulun quruluşunda və xarici görünüşündə dəyişikliklərlə müşayiət olunur”, – deyə
mütəxəssis bildirib.



Çörəyi soyuducuda hava keçirən polietilen paketdə, parça kisədə və ya kağız qablaşdırmada saxlamaq məsləhətdir. Bu qablaşdırmalar məhsulu kənar qoxulardan qoruyur və optimal rütubət səviyyəsini saxlamağa kömək edir. Çörək kip bağlanmış qablaşdırmada saxlanıldıqda isə ondan ayrılan nəmlik qablaşdırmanın divarlarında toplanır və kifin yaranmasına, eləcə də sürətlə yayılmasına səbəb ola bilər.

Çörəyi dondurucuda saxlamaq olarmı?

Burmatnovun sözlərinə görə, çörək dondurulduqda nişastanın qocalması prosesi baş vermədiyindən məhsul demək olar ki, bayatlamır. Lakin bu zaman çörəyin dad, qoxu və tekstura kimi orqanoleptik xüsusiyyətləri pisləşə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO