Tehran sakinləri: “Nəfəs ala bilmirik”

Tehran sakinləri: “Nəfəs ala bilmirik”

Hazırda oxunan: Tehran sakinləri: “Nəfəs ala bilmirik”
600368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin İranın paytaxtı Tehranda yerləşən yanacaq anbarlarına endirdiyi zərbələrdən sonra şəhərdə ağır ekoloji vəziyyət yaranıb.

Bizim.Media xəbər verir ki, CNN telekanalının məlumatına görə, partlayışlardan sonra şəhər üzərində qalın qara tüstü qalxıb və hava nəfəs almaq üçün çətinləşib.

Şahidlərin sözlərinə görə, gecə baş verən güclü partlayışlardan sonra Tehranın səması qara tüstü ilə örtülüb, şəhərdə isə ağır və boğucu qoxu hiss olunur.
 

Sakinlərdən biri bildirib: “Şəhər qaranlığa qərq olub, səma qapqaradır. Elə bil boğuluruq.”


Başqa bir şahid isə gecə baş verən partlayışın səmanı “dünyanın sonu gəlmiş kimi işıqlandırdığını” deyib.

Səhər saatlarında şəhər sakinləri qalın qara tüstü ilə örtülmüş səmanı və tünd rəngli yağış suyunu gördüklərini bildiriblər.

İranın Qızıl Aypara Cəmiyyəti xəbərdarlıq edib ki, zədələnmiş yanacaq anbarlarından atmosferə yayılan zəhərli maddələr turşulu yağışların yaranmasına səbəb ola bilər.
 

Mütəxəssislərin sözlərinə görə, belə yağışlar dərini zədələyə, tənəffüs yollarına zərər verə, ağciyər problemlərinə səbəb ola bilər.


Şəhər rəhbərliyi Tehranın sakinlərinə zəruri hallardan başqa evdən çıxmamağı tövsiyə edib. Regionda davam edən hücumlar və partlayışlar fonunda şəhərdə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO