“Ruslar deyir ki, bu torpaqlar sizin deyil” – Erməni bloqer - VİDEO

“Ruslar deyir ki, bu torpaqlar sizin deyil” – Erməni bloqer - VİDEO

Hazırda oxunan: “Ruslar deyir ki, bu torpaqlar sizin deyil” – Erməni bloqer - VİDEO

36034

Ermənilər Paşinyanın və rus sülhməramlılarının fəaliyyətsizliyindən şikayət edirlər. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Antitopor” portalının baş redaktoru, Bakı ermənisi Vadim Arutyunov Youtube kanalında yayımlanan verilişi zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloqer ölkəsinin Müdafiə nazirliyini yıxıb-sürüdü: “Təchizat yoxdur”


O, deyib ki, əgər bu gün rus sülhməramlıları ermənilərə Xankəndində səngər tikməyə və o torpaqları qorumağa icazə vermirlərsə, onda Nikol Paşinyan hakimiyyətdə niyə oturub.

“Rus sülhməramlıları bizə deyirlər ki, bu toraqlar sizin deyil, ona görə siz buranı müdafiə edə bilməzsiniz. Ancaq Azərbaycana öz mövqelərini möhkəmlətməyə və bütün işlərini görməyə icazə verilir. Onda sən Nikol niyə orada oturmusan. Bizə kimsə başa sala bilər, nə baş verir?”,- deyə o, qeyd edib.

Sözügedən videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO