Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Hazırda oxunan: Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

607751

Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi bu gün keçirilən iclasda Samvel Karapetyanın ev dustaqlığının müddətini daha 3 ay uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

Qeyd edək ki, Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır.

İş adamı 2025-ci il iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib.

Oktyabrın 13-də ona qarşı irəli sürülən ittihama xidməti və ya vəzifə səlahiyyətlərindən, yaxud onların yaratdığı nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması bəndləri əlavə olunub.

Fevralda Karapetyan özünün yaratdığı "Güclü Ermənistan" partiyasından Ermənistanın baş naziri postuna (7 iyun parlament seçkilərində - red.) namizəd irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO