Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Hazırda oxunan: Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

607736

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün açıqlanıb. Nəticələrə görə imtahan iştirakçıları arasında 3 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bizim.Media xəbər verir ki, 300 balla maksimum nəticə göstərən Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu “trend.az”ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, imtahan çox rahat keçib:

"Heç bir çətinlik yox idi. İngilis dili üzrə dinləmə də çox rahat idi və aydın başa düşmək olurdu. Yüksək nəticə göstərəcəyimə inanırdım, çünki çox çalışırdım və son sınaq imtahanında da yaxşı bal toplamışdım. Amma açıq suallarla bağlı bir az narahatlığım vardı. Açıq suallar üzrə tam bal toplaya biləcəyimə əmin deyildim.

Repititorla hazırlaşırdım, repititorlarım məktəb müəllimlərimdir.
İxtisas və fənnlər üzrə ən çətin sualların rus dili üzrə olduğunu düşünürəm. Çünki açıq suallar çox vaxt aparır. Mənim üçün ən asan suallar isə ingilis dili fənni oldu".

O, hansı ixtisasa hazırlaşdığını və hansı universiteti seçəcəyini də açıqlayıb:

"4-cü ixtisas qrupu üzrə, Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Qəbul imtahanında da yüksək nəticə göstərəcəyimə inanıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO