“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Hazırda oxunan: “Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

607765

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyunda “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la üz-üzə gəlib.

Qarşılaşmanı Rauf Cabbarov idarə edib. Tovuzlular 3 cavabsız qolla qalib gəliblər.

Bu gün həm də “Zirə” “Neftçi” ilə qarşılaşacaq. Paytaxt təmsilçilərinin görüşünü İnqilab Məmmədov idarə edəcək.

“Karvan-Yevlax” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları 18 apreldə, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə 19 apreldə keçiriləcək.

Misli Premyer Liqası 2

8-ci tur

17 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3

Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
“SOCAR Polymer Arena”, 17:00.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.

Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli, 19. Bar Kohen.

Baş məşqçi: Andrey Demçenko.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi. Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.

Baş məşqçi: Kurban Berdıyev.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO