Ermənistan Türkiyə ilə sərhədi açmağa hazır deyil - Vanetsyan səbəbini izah etdi 

Hazırda oxunan: Ermənistan Türkiyə ilə sərhədi açmağa hazır deyil - Vanetsyan səbəbini izah etdi 

20431

Bu mərhələdə Ermənistan Türkiyə ilə sərhədin açılması məsələsini gündəmdən çıxarmalıdır.

Bizim.Media xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan cümə günü keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, nə respublikanın iqtisadiyyatı, nə də təhlükəsizlik sistemi sərhədlərin açılmasına hazır deyil:

“Bu məsələ gündəmdən çıxarılmalı və yalnız müəyyən edilmiş problemlər həll edildikdən sonra mövzuya qayıdılmalıdır”.

Qeyd edək ki, İrəvan və Ankara münasibətləri mövzusundakı müzakirələr Ermənistanın siyasi rəhbərliyinin bir neçə sensasiyalı açıqlamasından sonra daha da güclənib. Əvvəlcə Baş nazir Nikol Paşinyan vurğulayıb ki, Ermənistan yaxın qonşuları ilə əlverişli bir atmosfer yaratmalı, mövzu ilə bağlı baxışlarını dəyişdirməlidir.

Bir neçə gün sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə aparıcının Türkiyənin Ermənistan üçün düşmən bir dövlət olub-olmadığına dair sualını cavablandırarkən "yanaşmalarımıza bəzi düzəlişlər etməliyik" fikrini səsləndirib. 

Düzdür, sonradan Ermənistan hökumətinin başçısı bildirib ki, Ankara İrəvana qarşı təcavüzkar siyasətini dəyişdirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO