Lənkəranda gəlinin döyülməsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA 

Lənkəranda gəlinin döyülməsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA 

Hazırda oxunan: Lənkəranda gəlinin döyülməsi ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA 
19361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi iddiası ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Bizim.Media-ya bildirib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda qaynana gəlinini döydü - VİDEO 


Onun sözlərinə görə ailə artıq nəzarətə götürülüb:

"Müvafiq olaraq, yerli icra hakimiyyəti nəzdində Gender zorakılığına qarşı mübarizə komissiyası vasitəsilə həmin ailəyə ziyarət təşkil edilir və Daxili İşlər Nazirliyi tərəfindən izahatlar alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək"

Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdar olduqları barədə açıqlama verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO