Samvel Babayan ermənilərə SƏSLƏNDİ: “Biz Azərbaycanla danışıqlar aparmalıyıq” 

Samvel Babayan ermənilərə SƏSLƏNDİ: “Biz Azərbaycanla danışıqlar aparmalıyıq” 

Hazırda oxunan: Samvel Babayan ermənilərə SƏSLƏNDİ: “Biz Azərbaycanla danışıqlar aparmalıyıq” 
148129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İkitərəfli ticarətə həm Ağdamdan, həm də Qorisdən başlamaq lazımdır, bu, istəsək də, istəməsək də baş verəcək. Qarabağa şarla enənlər fikirləşirlər ki, nümayişlə fərq yarada bilərlər, amma dünyada hər gün bəlkə də 200 min insan aclıqdan ölür və beynəlxalq ictimaiyyət buna fikir vermir”. 

Bizim.Media xəbər verir ki, bunu qondarma rejimin keçmiş “müdafiə naziri”, Vahid Vətən Partiyasının rəhbəri Samvel Babayan jurnalistlərə açıqlamasında bildirib. 

O, erməni xalqını vasitəçilərdən əl çəkməyə çağırıb:

"Biz dar ağacına getdiyimizi düşünməməliyik. Biz vasitəçilərsiz orta yol tapa bilərik. Sadəcə gənclərin hər şeyi başa düşməsi üçün vaxt lazımdır. Sadəcə, onların başa düşmələrini istəyirəm. Azərbaycanla danışıqlar aparmalıyıq”. 
“Dünya üçün bu hərəkətlərin heç bir əhəmiyyəti yoxdur və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti deməyək ki, müharibəni uduzduqda, oyunun qaydalarını qəbul etməli və özünə gəlməyə çalışmalısan”, - deyə Babayan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO