
- A-
- A
- A+
Qubada Vətən Müharibəsinə həsr olunan silsilə tədbirlər DAVAM EDİR - FOTO
Qubada "44 günlük Vətən Müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir" mövzusunda silsilə tədbirlər davam edir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Quba rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin əməkdaşları iştirak edib.
Quba İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov son iki tədbirin Yeni Güləzi kənd sənətkar klubunda və Xucbala kənd tam orta məktəbində keçirildiyini bildirib.
Sakinlərin, şəhid ailələri və qazilərin qatıldığı tədbirlərdə Vətən Müharibəsində qazanılan tarixi qələbədən ətraflı söhbət açılıb.
Bu zəfərdə Qubadan olan 49 şəhidin də qələbənin qazanılmasına töhvə verdiyi vurğulanıb.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































