"Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə dəstək verəcəyik" - Putin

Hazırda oxunan: "Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə dəstək verəcəyik" - Putin
94936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rusiya “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək".

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəyik”, - deyə Putin bildirib.

Rusiya lideri əlavə edib ki, bölgə əhalisinin çoxluğunun referendumda qəbul edəcəyi qərarı dəstəkləyəcəklər.

Qeyd edək ki, “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməyə dair sentyabrın 23-27-dək referendum keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO