
- A-
- A
- A+
İdman
21:54 / 18.09.2022
1 dəq oxunma
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 2 medal qazandı
Hazırda oxunan: Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 2 medal qazandı
94474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 97 kq-da yer alan idmançı üçüncü yer uğrunda qarşılaşmada iranlı Məhəmmədhüseyn Məhəmmədiana qalib gəlib.
Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri mundialı iki bürünc medalla başa vurublar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərindən isə Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































