
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 24.08.2022
Bakıda qanlı DAVA: 3 gənc bıçaqlandı
Hazırda oxunan: Bakıda qanlı DAVA: 3 gənc bıçaqlandı
90253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda gənclər arasında qanlı DAVA – 3 gənc bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Lent.az-ın məlumatına görə, 20 yaşlı Məmmədov Knyaz Asif oğlu ilə 19 yaşlı Həsənov Mirməmməd Emin oğlu, 19 yaşlı Seyidov Mirağa Seyidağa oğlu və 20 yaşlı Mirzağayev Əli Mirzağa oğlu arasında mübahisə baş verib.
Nəticədə K.Məmmədov hadisə zamanı M.Həsənov və M.Seyidovun sağ budlarına, Ə.Mirzağayevin isə qarnına bıçaq xəsarətləri yetirib.
Daha sonra Ə.Mirzağayev K.Məmmədovun belinə 1 ədəd bıçaq xəsarəti yetirib.
Hadisə ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































