
- A-
- A
- A+
Prezident “Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, sənədə əsasən, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:
- 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilsin;
- 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.”;
- 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;
- 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılsın.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































