“Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur” - Ceyhun Bayramov 

“Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur” - Ceyhun Bayramov 
81155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan, Türkiyənin Xarici İşlər nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib. 

"Ölkələrimiz arasında qarşılıqlı fəaliyyət qurulub. Bu gün biz ilk dəfə üçtərəfli əməkdaşlıq barədə bəyannamə imzaladıq. Nəqliyyat sahəsində əməkdaşlıq vacib və perspektivli hesab edirik. Bu gün imzalanmış Bakı bəyannaməsi bu təşəbbüslərin genişləndirilməsi və müvafiq işçi qrupunun yaradılmasında vacib rol oynayacaq. İşçi qrupunun növbəti görüşü yaxın aylarda Qazaxıstanda keçiriləcək", - deyə o bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Hədəfimiz regionda sabitliyə nail olmaqdır” – Ceyhun Bayramov


Nazir qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur. 

"Bütün bunlarla yanaşı, biz Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra yaranmış yeni reallıqları müzakirə etdik. Zəngəzur dəhlizi Aİ, Türkiyə və Asiya istiqamətində marşrrutun qurulmasında xüsusi rol oynayır", - C.Bayramov deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO