Gəncədə Belçika-Azərbaycan əməkdaşlığı müzakirə olunub - FOTO

Gəncədə Belçika-Azərbaycan əməkdaşlığı müzakirə olunub - FOTO

Hazırda oxunan: Gəncədə Belçika-Azərbaycan əməkdaşlığı müzakirə olunub - FOTO
78473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belçika Krallığının Azərbaycandakı səfiri Gəncədə səfərdədir.  

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərinə səfər edib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.  

Görüşdə N.Bayramov qədim tarixə malik Gəncə şəhərinin sosial-iqtisadi potensialı və mədəni həyatı haqqında qonağa geniş məlumat verib.  

M.Pitersman səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarını və sənaye müəssislərini ziyarət edəcək.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO