Şabrandakı bağça müdiri CƏZALANDIRILDI – keyfiyyətsiz... ÖZƏL 

Şabrandakı bağça müdiri CƏZALANDIRILDI – keyfiyyətsiz... ÖZƏL 

Hazırda oxunan: Şabrandakı bağça müdiri CƏZALANDIRILDI – keyfiyyətsiz... ÖZƏL 

76489

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Qədeşova və təsərrüfat müdiri Rəhilə Cavadova barəsində intizam tənbehi görülüb.  

Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən son günlər sosial şəbəkələrin əsas mövzusu olan Şabrandakı 1 saylı uşaq bağçası ilə bağlı Bizim.Media-ya verilən özəl açıqlamada bildilrilib.  

Bildirilib ki, regional təhsil idarəsi bağçada xidməti yoxlama aparıb. Sosial şəbəkədə yer alan görüntülər  təsdiqini tapmayıb.  

Bununla belə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, bağçanın müdiri Lalə Qədeşova və təsərrüfat müdiri Rəhilə Cavadova barəsində intizam tənbehi görülüb.  

MÖVZU İLƏ BAĞLI:

Şabran uşaq bağçasında RƏZALƏT – FOTOFAKT 


Onların hər ikisinə töhmət verilib. 

Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO