DİQQƏT - Bu müəllimlərin maaşı ARTACAQ

Hazırda oxunan: DİQQƏT - Bu müəllimlərin maaşı ARTACAQ

75383

Xəbər verildiyi kimi sertifikatlaşdırma müəllimlərin birbaşa əməkhaqqına təsir edəcək. Bu açıqlamanı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov verib. Onun sözlərinə görə müəllimlərin sertifikatlaşdırılması gələcəkdə stimullaşdırmaya zəmin yaradır və əməkhaqqı islahatlarında bu nəticələr nəzərə alınacaq.

Mövzunu Bizim.Media-ya şərh edən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə sertifikatlaşdırmanın keçirilməsindən sonra müvafiq olaraq nəticəsi yüksək olan müəllimlər gələcəkdə əməkhaqqı artımında xüsusi diqqət alacaqlar:
 

MÖVZU İLƏ BAĞLI:

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB


“Bu məsələdə Təhsil Nazirliyinin birbaşa marağı var ki, əməkhaqqı artımı olsun və sırf nəticəsi yüksək olan müəllimlərin qiymətləndirilməsi mümkün olsun. Bu baxımdan hesab edirəm ki, sertifikasiya imtahanında müəllimlər xüsusi olaraq məsələyə diqqətlə yanaşsalar, daha yaxşı olar. Çünki orada bir neçə meyar var ki, məhz onlar nəzərə alınacaq. Məsələn balların əmsalı, dərsin qiymətləndirilməsi və s...”

Qeyd edək ki, sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər.

Müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər. Sertifikasiyadan keçən müəllimin nəticələri 5 il qüvvədə olacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO