Sergey Markov: “Zelenski Dnestryanı əraziləri ələ keçirmək fikrindədir” – ÖZƏL VİDEO

Hazırda oxunan: Sergey Markov: “Zelenski Dnestryanı əraziləri ələ keçirmək fikrindədir” – ÖZƏL VİDEO

73218

“Hazırda bütün cəhdlə çalışırlar ki, Rusiyanın gücünü tükətmək üçün müxtəlif cəbhələrə parçalasınlar. Amma bu göründüyü qədər asan başa gələn iş deyil. Çünki Rusiya baş verən bütün proseslərdən xəbərdardır”. 

Bu fikirləri Bizim.Media-ya Rusiya-Ukrayna cəbhəsində baş verən son hadisələri dəyərləndirən rus politoloq Sergey Markov deyib.

Rusiyalı politoloq yalan informasiyaların yuvası kimi rəsmi Kiyevi günahlandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Sergey Markovdan Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır” 


“Rusiyanın Moldovaya mümkün hücumu barədə məlumatı çoxlarının Ukrayna hökuməti adlandırdığı Kiyev rejimi yayır. Bu yalan xəbərləri yaymağın bir neçə səbəbi var. Birincisi, Zelenski Dnestryanı əraziləri ələ keçirmək fikrindədir. Orada sovet dövründən qalan silah anbarları var.

Bu anbarlar olduqca böyükdür. Düzdür, onların bir hissəsi satıldı, məhv oldu, amma hələ də böyük hissəsi qalır. Ukrayna ordusu Rusiyaya qarşı hərbi əməliyyatların bir hissəsi olaraq, kifayət qədər çox silah, mərmi, sursat xərclədi. Bu gün onların silaha ehtiyacı var. Silahlar isə NATO-nun deyil, Sovet ordusunundur. Ukrayna ordusu keçmişdən necə istifadə edəcəyini yaxşı bilir”, - deyə S.Markov əlavə edib.

Tehran, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO