Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO
73163
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliya Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu) keçirilib.

Bizim.Media xəbər verir ki, siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

XİN-də İtaliya ilə diplomatik münasibətlərin ildönümü qeyd edildi - FOTO


Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb. 

Bizim.Media

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO