Odessada yaşayan azərbaycanlı: “Bu gün 3 dəfə raket atılıb, ölən var”

Hazırda oxunan: Odessada yaşayan azərbaycanlı: “Bu gün 3 dəfə raket atılıb, ölən var”

72471

Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Nəticədə ölən və yaralananlar var.

Bizim.Media xəbər verir ki, hadisə barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko “Telegram” kanalında bildirib.

Odessada yaşayan azərbaycanlı anar Natiqoğlu isə BizimMedia-ya deyib ki, hadisə nəticəsində ölən var.

“Hazırda sakitçilikdir. Bu gün 3 dəfə raket atılıb. Onlardan biri yaşayış binasına, digəri kilsəyə düşüb. Bir nəfər ölüb, iki nəfər yaralıb”, - deyə Anar Natiqoğlu qeyd edib.

Odessa Vilayət Administrasiyasından isə bildirilib ki, ölən və yaralıların sayı tam dəqiqləşdirilməyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO