Süleymaninin ölümünə görə 48 nəfərə cinayət işi açıldı

Hazırda oxunan: Süleymaninin ölümünə görə 48 nəfərə cinayət işi açıldı

6675

ABŞ-ın xüsusi əməliyyatı ilə “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin qətlində iştirak etdiyi iddia edilən 48 nəfər barəsində cinayət işinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran məhkəmə sistemi məlumat yayıb. 

Məlumata görə, 48 müttəhim müəyyən olunub. Onların mühakimə olunması üçün lazımi addımlar atılıb.

Qeyd olunub ki, İran generalın öldürülməsi ilə hər hansı bir şəkildə əlaqəli olan ölkələrə məlumatların verilməsi tələbi ilə sorğu göndərib.

“Son ölkə Almaniya idi. Almaniyadakı ABŞ-ın Ramştayn bazası ilə Süleymaninin öldürülməsində iştirak edən ABŞ pilotsuz təyyarələri arasında məlumat mübadiləsinin baş verdiyi barədə bizə məlumat daxil olub”, - deyə açıqlamada əlavə olunub.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani öldürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO