Rusiyadan ABŞ səfirinə yeni il zarafatı

Rusiyadan ABŞ səfirinə yeni il zarafatı

Hazırda oxunan: Rusiyadan ABŞ səfirinə yeni il zarafatı
6536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Moskvadakı səfiri John Sullivan Santa Klausdan yeni il hədiyyəsi olaraq xokkey çubuğu, Kovid-19 peyvəndi və qaçış ayaqqabıları istəyib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirinə 60 yaşdan yuxarı insanlar üçün təsdiqlənmiş “Sputnik V” peyvəndi təklif edib.

ABŞ-ın Moskvadakı səfirliyi ötən çərşənbə axşamı Facebook hesabında yeni ilə hazırlıqların fotolarını yayımlamışdı. Fotoşəkillərin birində səfirliyin əməkdaşları maskalar və təmizləyicilər ilə bəzədilmiş bir Milad ağacı paylaşaraq "bu çətin ildə hər zamankından daha çox yumor hissinə ehtiyac olduğunu" yazmışdılar.

Şaxta babaya il boyu yaxşı davrandığını, xüsusən də maska taxaraq sosial məsafə saxladığını yazan Sullivan, yeni bir xokkey çubuğu, Kovid-19 peyvəndi və qaçış ayaqqabısı hədiyyə istədi.

Rusiya Xarici İşlər Nazirliyi, Sullivanın istəklərinə istinad edərək, bu gün yayımlanan Twitter mesajında aşağıdakıları paylaşıb:

“Hörmətli səfir, Şaxta baba peyvənd barədə arzunuzu gerçəkləşdirdimi? Əgər gerçəkləşməyibsə, bizim Şaxta babamızın sizə bir hədiyyəsi var, 60 yaşdan yuxarı insanlar üçün təsdiqlənmiş Rus Sputnik V peyvəndi."

Səfir Sullivanın Şaxta baba göndərdiyi məktub da bu paylaşıma daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO