Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə etdi
64432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə etdi - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO