Daha 4 sahibkara “Startap” şəhadətnaməsi verildi - FOTO

Daha 4 sahibkara “Startap” şəhadətnaməsi verildi - FOTO

Hazırda oxunan: Daha 4 sahibkara “Startap” şəhadətnaməsi verildi - FOTO
63888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 36-yə çatıb.

“Startap” şəhadətnaməsi “Push 30” MMC-nin idman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma və mobil tətbiq (www.push30.az), “G-khan” MMC-nin müstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti (www.11delivery.com), “Clickusta” MMC-nin mobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti (www.clickusta.az) və “Otobaza Azerbaijan” MMC-nin avtomobil ehtiyat hissələri üçün marketpleys (www.otobaza.com) layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar.

Daha 4 sahibkara “Startap” şəhadətnaməsi verildi - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO