"Moskvanın ümid etdiyi ölkələr Ukraynanın koalisiyasına qoşulub" - Zelenski

Hazırda oxunan: "Moskvanın ümid etdiyi ölkələr Ukraynanın koalisiyasına qoşulub" - Zelenski

62762

Moskvanın bir həftə əvvəl ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub. 

Bizim.Media “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib. 

“Müharibə dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlanmaları səylərimizin qiymətləndirilməsi idi” – deyə Zelenski qeyd edib. 

Zelenski əlavə edib ki, buna görə də Avropa İttifaqı Ukraynaya “hə” cavabını verir:

“Biz xüsusi sürətləndirilmiş üzvlük proseduruna başlamışıq. Diplomatlarımız və dostlarımız dünyanı Ukrayna və dünya naminə daha da birləşdirir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO