Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI
622464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini yeniləyib.

Bizim.Media FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2723) 23-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2657) 57-ci, Məhəmməd Muradlı (2642) 78-ci, Rauf Məmmədov (2639) 84-cüdür.

Kişi şahmatçıların sıralamasına norveçli Maqnus Karlsen (2823) başçılıq edir.
 

Qadınlardan Ülviyyə Fətəliyyeva (2440) 24-cü mövqedə yer alıb. Gövhər Beydullayeva (2375) 64-cü, Xanım Balacayeva (2356) 82-ci, Günay Məmmədzadə (2350) 86-cıdır.


Birinci pillədə Çinli Yifan Hou (2596) yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO