"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Hazırda oxunan: "Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO
621380
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ərazidə taksilər sərnişin götürməkdə, sərnişinlər isə taksiyə minməkdə çətinlik çəkirlər.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, görüntülər Moskva prospektindəndir.

Nəqliyyat axının intensiv olduğu bu prospektdə avtobus zolağı yaradılsa da, taksilərin eləcə də sərnişinlərin rahat hərəkəti təşkil edilməyib.

Sürücülər bildirirlər ki, Moskva prospekti boyunca taksi sifarişi edən sərnişinləri götürməkdə çətinlik çəkirlər. Buna səbəb isə yolun bir zolağının avtobuslar üçün xüsusi zolaq kimi ayrılması, digər tərəfində yaradılan xüsusi cibdə isə ekspress avtobusların sonuncu dayanacağının olmasıdır. Yəni, sürücülər bu ərazidən taksi sifarişi qəbul edib sərnişini götürmək istəyərkən ya 40 manat 2 bal, ya da 100 manat 3 bal cərimə edilirlər.
 

Sərnişinlər bildirirlər ki, bu istiqamətdə taksi sifarişi edərkən avtomobilə minmək üçün bir neçə yüz metr məsafə getməli olurlar.


Oxşar vəziyyət Moskva prospektinin əks istiqamətində də müşahidə edilir. Belə ki, üzü Xırdalan, Sumqayıt və digər istqamətlərə sərnişinin axının çox olduğu bu yerdə də minib-düşmə yeri yoxdur.

Bəs 20 Yanvar kimi strateji nəqliyyat qovşağında bu problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda sözügedən ərazidə məsələyə baxılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO