Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Hazırda oxunan: Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA
644029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Con Kiriakou qurumun mobil telefon və noutbukların kamera və mikrofonlarına uzaqdan çıxış əldə etmək imkanına malik olduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Britaniyanın LADbible nəşrinə müsahibəsində danışıb. Kiriakou fikirlərini 2017-ci ildə WikiLeaks tərəfindən yayımlanan məxfi sənədlərlə əsaslandırıb.

Həmin sənədlərdə CIA-nın smartfonlara, kompüterlərə və digər elektron cihazlara müdaxilə etmək üçün istifadə etdiyi iddia olunan texnologiyalar barədə məlumatlar yer alıb.
 

Materiallarda bəzi smart televizorların söndürülmüş kimi göründüyü halda belə dinləmə məqsədilə istifadə edilməsinə imkan verən vasitələrdən də bəhs olunub. 1990–2004-cü illərdə CIA-da çalışan Kiriakou daha əvvəl də qurumun məhbuslara işgəncə tətbiqi barədə açıqlamaları ilə gündəmə gəlib.


Qeyd edək ki, bu iddialar elektron cihazların təhlükəsizliyi və şəxsi məlumatların məxfiliyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bununla belə, keçmiş əməkdaşın açıqlamaları bütün istifadəçilərin cihazlarının hazırda izlənildiyini sübut etmir. Həmin məxfi sənədlərdə konkret texniki imkanlar təsvir edilsə də, CIA həmin sənədlərin həqiqiliyini rəsmi şəkildə təsdiqləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO