Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO

Hazırda oxunan: Övladını təhlükəli vəziyyətdə motosikletlə aparan ata saxlanıldı - VİDEO
621107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü azyaşlının həyatını təhlükə altına salıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Kadrlardan görünür ki, aeroport şosesi ilə hərəkət edən motosiklet sürücüsü yüksək sürətlə və nəqliyyat axınının intensiv olduğu zolaqda hərəkət edib. Müzakirələrə səbəb olan əsas məqam isə motosikletin arxa oturacağında azyaşlı qız uşağının əyləşməsi olub.


Belə ki, uşağın başında hər hansı qoruyucu dəbilqə və ya digər təhlükəsizlik vasitələrinin olmaması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri sürücünün həm azyaşlının, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığını bildiriblər.

Araşdırmalar nəticəsində həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO