Xarkova edilən hücum nəticəsində 11 nəfər ölüb, 82 nəfər yaralanıb  

Hazırda oxunan: Xarkova edilən hücum nəticəsində 11 nəfər ölüb, 82 nəfər yaralanıb  

61999

Kiyevin Xarkov şəhərində Qan Mərkəzi və təhsil müəssisəsi rus hərbçilər tərəfindən atəşə tutulub.   

Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında yazıb.  

"Rusiya qoşunları Xarkov vilayətinə həyasız və amansız hücumlarını davam etdirir. Təcavüzkar ölkə rəhbərliyinin bəyanatlarına baxmayaraq, düşmən yaşayış binalarını atəşə tutur. Bir saat əvvəl Xarkov şəhərinin mərkəzində Qan Mərkəzi, təhsil müəssisəsi atəşə tutulub, mülki əhali arasında itkilər var", - deyə Sinequbov qeyd edib.  

Onun sözlərinə görə, hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO