Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO

Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO

Hazırda oxunan: Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO
615211
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq iki gündür qərb bölgəsində davam edən intensiv yağışlar bir çox rayonlarda ciddi fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə ən çox ziyan görən ərazilərdən biri də Goranboy rayonudur.
 

Yağan intensiv yağışlar nəticəsində Gorançay və Kürəkçay çaylarında suyun səviyyəsinin artması səbəbindən Goranboy rayonunun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrinə az miqdarda sel suları daxil olub.


Yaranan vəziyyətlə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə müvafiq texnikalar cəlb edilərək sel sularının kəndlərə dolmasının və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması istiqamətində zəruri işlər həyata keçirilir.

Qurumdan bildirilib ki, hazırda vəziyyət tam nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən ərazidə zəruri tədbirlər davam etdirilir.

Leysan yağışlar nəticəsində rayona və təsərrüfatlara dəyən zərər hələlik məlum deyil.

Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO - foto 1
Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO - foto 2
Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO - foto 3
Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO - foto 4
Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO - foto 5

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO