
- A-
- A
- A+
İdman
17:53 / 13.05.2026
1 dəq oxunma
Levandovski “Barselona”nı tərk edir
Hazırda oxunan: Levandovski “Barselona”nı tərk edir
612946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Polşa millisinin futbolçusu Robert Levandovski cari mövsümün sonunda İspaniyanın "Barselona" komandasından ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında yeni müqavilə barədə danışıqlar tamamilə dayandırılıb. 37 yaşlı hücumçu yayda komandanı azad agent kimi tərk edəcək.
Təcrübəli forvardla İtaliya, ABŞ və Səudiyyə Ərəbistanı klubları maraqlansalar da, oyunçunun yüksək maaş tələbi keçidə mane olur.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun sonunda başa çatacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































