Güllünün qətli ilə bağlı məhkəmə qərarı açıqlandı - Qızı ömürlük həbs edilir

Güllünün qətli ilə bağlı məhkəmə qərarı açıqlandı - Qızı ömürlük həbs edilir

Hazırda oxunan: Güllünün qətli ilə bağlı məhkəmə qərarı açıqlandı - Qızı ömürlük həbs edilir
644043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə müğənni Güllü kimi tanınan Gül Tutun qətli ilə bağlı məhkəmənin əsaslandırılmış qərarı açıqlanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi iş üzrə 25 səhifəlik qərarında şahid ifadələrini, kamera görüntülərini, ekspert rəylərini və digər sübutları qiymətləndirib.

Qərarda hadisənin şahidi Sultan Nur Ulunun ifadəsinə xüsusi diqqət yetirilib. Onun ifadəsinə görə, Tuğyan Ülkem Gülter anasını arxadan tutaraq pəncərədən aşağı itələyib.
 

Məhkəmə materiallarında qeyd olunub ki, kamera görüntülərinin araşdırılması zamanı hadisədən əvvəl evə Gül Tut, qızı Tuğyan Ülkem Gülter və Sultan Nur Uludan başqa heç kimin daxil olmadığı müəyyən edilib.


Ekspertiza nəticələrinə əsasən, hadisənin baş verdiyi otağın döşəməsində sürüşməyə səbəb ola biləcək maddə aşkarlanmayıb. Məhkəmə-tibbi ekspertiza isə Gül Tutun hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən öldüyünü müəyyən edib.

Məhkəmə qətlin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən kifayət qədər sübut olmadığı qənaətinə gəlib. Bununla belə, Tuğyan Ülkem Gülterin anasını qəsdən öldürdüyü nəticəsinə gələrək ona ağırlaşdırılmış ömürlük həbs cəzası verib. Cəzanın yüngülləşdirilməsi üçün əsas görülməyib.

Təqsirləndirilən şəxsin vəkili qərarla razılaşmadıqlarını və yuxarı məhkəmə instansiyalarına müraciət edəcəklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO