Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Hazırda oxunan: Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
644044
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb.

Bizim.Media xəbər verir ki, Oxu.az-a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsmi pasport qeydiyyatı olmayıb.
 

İddia olunur ki, o, əvvəllər Rusiya vətəndaşı olub, daha sonra həmin ölkənin vətəndaşlığından çıxıb və Azərbaycana qanunsuz yollarla gəlib. Həmçinin onun ölkədə heç vaxt rəsmi pasport qeydiyyatına düşmədiyi bildirilir.


Məlumata görə, bəzi hallarda kriminal aləmin üzvləri axtarışlardan yayınmaq və ələ keçməmək üçün bu cür üsullara əl atırlar.

İddiaya əsasən, Ceyhunun öldürüldüyü günədək rəsmi qeydiyyatı, qüvvədə olan şəxsiyyət vəsiqəsi və pasportu olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO