Cüdoçumuz qızıl medal qazandı - BÖYÜK DƏBİLQƏ

Cüdoçumuz qızıl medal qazandı - BÖYÜK DƏBİLQƏ

Hazırda oxunan: Cüdoçumuz qızıl medal qazandı - BÖYÜK DƏBİLQƏ
60938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cüdoçumuz Məmmədəli Mehdiyev Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Serbiya idmançısı Nemanya Maydova qalib gəlib. 

Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) 1/8 final mərhələsində Nadav Zuratı (İsrail), 1/4 finalda Yersultan Muzapparovu (Qazaxıstan) məğlub edib.

Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə yarımfinalda gürcüstanlı İlya Sulamanidzeyə məğlub olub.

O, bürünc medal uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO